Şumaxer altı ill sonra komadan ayıldı: xəstəxanadan görüntülər - VİDEO

17:09 11-09-2019 17

Məşhur “Formula 1” pilotu Mixael Şumaxer altı ildən sonra komadan ayılıb. Hazırda yeddiqat dünya çempionu Parisdəki klinikaların birində müalicə olunur.

Fransanın “Le Parisien” nəşrinin məlumatına əsasən, Şumaxer anlaqlı vəziyyətdədir. Bu məlumatı xəstəxananın nümayəndəsi də təsdiqləyib. Yaxın vaxtlarda FİA prezidenti Jan Todt Şumaxerə baş çəkəcək.

Qeyd edək ki, 2013-cü ilin sonunda Mixael Şumaxer xizəklə sürüşəndə dağın yamacından yıxılmışdı. Başından ciddi zədə alan Şumaxer o vaxtdan komada idi.