Mahirin anası: Evdən bir neçə saatlıq çıxmışdım, mühafizə siqnalını qoşmadım

21:09 11-09-2019 13

Bakı sakini polis əməkdaşını bıçaqladı  

Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İnsident oktyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü polis kapitanı Babək Məhəmmədəli oğlu Abbasovun üzərinə bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.  

Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) cinayət işi qaldırılıb, istintaq aparılır.

Ramella İbrahimxəlilova

 

 

 

 

 

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Baş vermiş oğurluq hadisəsi ilə bağlı HerGun.Az-ın əməkdaşı Mahir Emrelinin anası Elnurə Emreli ilə əlaqə yaradıb. O, evdən bir neçə saatlıq işlə bağlı çıxdığı üçün mühafizə siqnalını qoşmayıb və nəticədə oğurluq hadisəsi baş verdiyini söylədi.

"Saytlar mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar. Bu mənim evimizin oğurlanması ilə bağlı verdiyim ilk və son müsahibəmdir. Bildirmək istəyirəm ki, ev mənə məxsusdur. Oğurluq hadisəsi günorta saatlarında baş verib. Saat 12 radələrindən işim olduğu üçün, evdən çıxmalı idim, 15:00 qədər qayıdacağımı bilirdim deyə mühafizə siqnalını qoşmadım və evdən çıxdım. Əgər mühafizə xidmətinə qoşulsaydı, evdəki hərəkətin olduğunu mühafizə polisi dərhal bilərdi. Məndə tez qayıdacağımı bildiyim üçün buna diqqət etmədim. İşdən qayıdıb gələndə gördüm ki, evimiz naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub".

Anar Mədətov isə redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, oğlu Mahir ona ev məsələ ilə bağlı heç bir söz deməyib. Onların ailəsində kupça məsələsi ilə bağlı olmayıb, hazırda isə bağları oğurluq məsələsinə qarışıb. Bəzi saytlarda isə yazılan məlumatlar dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, mobil telefonlar və beş min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Rəşad Əliyev