Rusiyada parlamentə düşə bilməyən namizəd keşişə müraciət etdi

02:00 12-09-2019 547

Xabarovsk vilayətindən millət vəkilliyinə namizəd Vika Sıqanova seçkidə uduzandan sonra keşiş İliyanı ziyarət edib. 

HerGun.Az Rusiya saytlarına istinadən xəbər verir ki, müğənni kimi tanınan Vika seçkidən əvvəl də müqəddəs atanın xeyir-duasını alıbmış.

Qeyd edək ki, eyni seçki dairəsindən namizədlər arasında Sıqanova səslərin sayına görə yalnız üçüncü yeri tuta bilib.

Sabiq namizədin fikrincə, onun məğlubiyyətinin günahı işlədiyi komandadadır. Müğənni hətta ətrafında olan bəzi adamların onu qəsdən məğlubiyyətə apardıqlarını da düşünür, məsələn, o, seçki təbliğatlının sonuncu günü iri reklam plakatının qəfil "itməsini" də təsadüf hesab etmir. Sıqanova məhz bu məqamları müqəddəs ata ilə bölüşüb.

O, sosial şəbəkədəki hesabında bu barədə yazıb: "Tanrıya şükür ki, bitdi! Mənim siyasi texnologiyalar qərargahından başqa heç kəsə iradım yoxdur! Onlardan uyğun sənədlər və izahat tələb edirəm! Müqəddəs ata dedi ki, hər bir böhtan və iftira şeytan əməlidir! Hamıya xeyir, sülh və sevgi arzulayıram!"