Bakıda 43 yaşlı kişini avtomobil vurdu

04:36 12-09-2019 11

Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, "Toyota Prado" markalı minik avtomobili Babək prospektində yerləşən keçmiş avtomobil bazarının yaxınlığında 43 yaşlı Şirəliyev Xaliq Yusif oğlunu vuraraq ona xəsarət yetirib.

Hadisəni törədən sürücü yaralını ağır vəziyyətdə xəstəxanaya yerləşdirib. X.Şirəliyevə başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu