Nəsimi rayonunda sürücü və piyada xəsarət aldı

07:36 12-09-2019 391

Bakının Nəsimi rayonunda ümumilikdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

HerGun.Az xəbər verir ki, hadisələrdən ilki Rəşid Behbudov küçəsində qeydə alınıb.

"BMW" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Abbasqulu Ağa Bakıxanov küçəsində baş verib.

99-EF-888 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil yolu keçmək istəyən piyadanı, təxminən, 60-65 yaşlı qadını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Hər iki faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu