Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı

18:00 25-06-2019 506

Hazırda Bakı-Sumqayıt yolunda tıxac müşahidə edilir.

HerGun.Az-ın məlumatına görə, buna səbəb yolun Xırdalandan keçən hissəsində baş verən qəzadır.

Qəza zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri dəmir arakəsməyə çırpılıb. 

Hadisə yerinə təcili yardım və yol polisi əməkdaşları cəlb olunub. 

Qəza nəticəsində yolun bir hissəsi bağlanıb. 

Samir İsayev