Azərbaycanlı rektor Rusiyada mükafatlandırıldı

17:45 12-09-2019 460

Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru Vaqif Bayramov Rusiya Elmlər Akademiyasının “Xüsusi xidmətlərinə görə” ordeni ilə mükafatlandırılıb.

Ordenin təqdimetmə mərasimi Rusiya Elmlər Akademiyasının sentyabrın 11-də keçirilən iclasında baş tutub.

Vaqif Bayramov müsahibəsində qeyd edib ki, bu mükafat təhsil sahəsindəki ən yüksək mükafatlardan biridir:

“Medalın adı onun səviyyəsindən xəbər verir. Bu, Rusiya Elmlər Akademiyası tərəfindən elm sahəsində zəhməti olanlara verilən ən yüksək mükafatlardan biridir.

Mən 35 ildir təhsil sahəsində çalışıram, bunun 14 ilini rektor vəzifəsində işləmişəm. Buna görə də bu gün mənim zəhmətimi qiymətləndirdilər və belə mükafata layiq gördülər, bu, mənim üçün böyük şərəfdir”.