Maykl Ceksonun “Neverland” malikanəsindəki heyvan heykəlləri toplusu satışa çıxarıldı

18:54 12-09-2019 24

Rieltorlar 2015-ci ildən bəri onlarla tikilini satmağa çalışsalar da, cəhdləri boşa çıxırdı. İndi isə onlar ümumi adı “Jungle Gym” adlandırılan vəhşi heyvan heykəlləri toplusunu düzəltmək qərarına gəliblər. 

Maykl Cekson 1987-ci ildə 19,5 milyon dollara Kaliforniya, Santa-Barbaradan 64,5 kilometr məsafədə yerləşən, 1000 hektardan böyük ərazi əhatə edən malikanə alıb. Burada tikilən bina və digər strukturların ərazisinin ümumi sahəsi 1,2 min kvadratmetrdən çoxdur: bunlar üç qonaq evi, tennis kortu, kinoteatr, hovuz və kommunal otaqlardır.

Maykl Cekson burada həm də ağır xəstəliyi olan uşaqlara oynamaq, müsbət enerji almaq və özünü bərpa etmək üçün əyləncə mərkəzi də düzəldib. Ağacların ortasında həqiqi taxtadan düzəldilən vəhi heyvan fiqurları qoyulub. Cekson haqqında sənədli film çəkməyi düşündüyü kiçik qardaşlarına olan sevgi dolu və qayğıkeş münasibətilə tanınırdı. 

Layihə üzərində 1990-1994-cü illərdə magistrlar çalışırdılar. Heykəllər arasında timsah, Galapagos tısbağası, zürafə, hippo, orangutan, dəvəquşu və zebra tapmaq olar. Nəzərə alsaq ki, reiltorlar 4 il ərzində malikanəni bütünlüklə sata bilməyiblər, bu halda ən azı sözügedən kolleksiyanı 1,75 milyon dollara satmaq daha real addımdır. 

“The Wall Street Journal"ın məlumatına görə, 2015-ci ildən, pop kralın ölümündən 6 il sonra malikanəni 100 milyon dollara istəsələr də, 2017-ci ildə qiymət 67 milyon dollara düşdü, bundan sonra isə “Compass” daşınmaz əmlak agentliyi malikanəni tamamilə satışdan çıxardı. 

Bu ilin mart ayından isə “Neverland”i yenidən, lakin bu dəfə 31 milyon dollara satışa çıxarmağa başladılar. Malikanənin belə kəskin dəyərdən düşməsinə səbəb Maykl Ceksonun uşaqlara təcavüz etməsi ilə bağlı ittihamlar və “Neverlandı tərk edərək” adlı qalmaqallı filminin yayımlanması oldu.