Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı - FOTO

18:54 25-06-2019 874

Dünya şöhrətli müğənni Ariana Qrandenin daha öncə istifadə etdiyi konfet internetdə rekord qiymətə satışa çıxarılıb.

Bir neçə gün öncə verdiyi konsert zamanı səhnəyə əlində konfetlə çıxan 25 yaşlı müğənni şirniyyatı tamaşaçıların üstünə atıb. Sənətçini izləməyə gələn tamaşaçılardan biri bu konfeti taparaq götürüb. Daha sonra konfeti internetdə 50 min dollara satışa çıxarıb.

Fanatları internetdə konfetlə maraqlansalar da, hələlik şirniyyatı almağa tələsən yoxdur.

Qeyd edək ki, A.Qrande ABŞ-ın Florida ştatında dünyaya göz açıb. Onun ulduzu 15 yaşında Brodveydə çıxış etdikdən sonra parlayıb. Ariana ifaçılıq karyerası boyunca iki dəfə Qremmi, üç dəfə Amerika Musiqi mükafatı, iki dəfə MTV Avropa Musiqi mükafatı və bir dəfə MTV Video Musiqi mükafatına layiq görülüb.

Rəşad Əliyev