Putin və Netanyahu təhlükəsizlik məsələlərini müzakirə etdilər

07:09 13-09-2019 463

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığına xüsusi əhəmiyyət verir.

TASS xəbər verir ki, bunu Rusiya prezidenti Soçidə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqları açarkən söyləyib.

"Açıqca deyəcəm, səyləriniz nəticəsində münasibətlərimiz hərbi əməkdaşlıq sayəsində təhlükəsizlik məsələlərində də yeni bir keyfiyyət əldə etdi", - deyə Putin Netanyahuya müraciət edib.

Putinin sözlərinə görə, "xüsusilə beynəlxalq terrorizm tərəfindən davam edən təhdid nəzərə alınmaqla bu qarşılıqlı əlaqə çox vacibdir".

Dövlət başçısının sözlərinə görə, Rusiya Federasiyası və İsrailin arasında əlaqələrin qorunması üçün, Moskva Knesset seçkilərində məsulliyətli siyasətçilərin qalib gələcəyinə ümid edir.

Netanyahu öz növbəsində Rusiya və İsrail hərbçilərinin qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.