Komitə sədri: Azərbaycanda işsizliyin səviyyəsi 5-6 faizə düşüb

10:45 13-09-2019 476

Bu gün Azərbaycanın valyuta ehtiyatları 45 milyarddan çoxdur.

HerGun.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda işsizliyin səviyyəsi 5-6 faizə düşüb:

“Yeni iş yerləri yaradılır. Müstəqilliyimizin ilk illərində Azərbaycanda yoxsulluq 80 faizə, adambaşına düşən gəlir bir dollara və işsizlik isə 40 faizə bərabər idi”.

Z.Səmədzadə qeyd edib ki, bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib:

“Bu gün Azərbaycanın dünyanın 150-dən çox ölkəsi ilə xarici ticarət əlaqələri var”.

İlhamə Əbülfət