Xırdalanda dəhşətli qəza - “KAMAZ” 6 yaşlı uşağın üstündən keçdi

20:27 25-06-2019 634

Xırdalanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, bu gün saat 19 radələrində baş verən hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Küçə ilə hərəkət edən “KAMAZ” markalı yük avtomobili qəfil yola çıxan 6 yaşlı uşağı vurub, daha sonra üstündən keçib. Uşaq hadisə yerində ölüb.

Sürücü hadisə yerindən qaçıb. Hazırda sürücünün axtarışları aparılır.

Samir İsayev