Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

18:27 16-06-2019 633

Portuqaliyada yerə siqaret kötüyü atanlar 500 avro cərimələnə bilərlər.

REN TV xəbər verir ki, belə bir təkliflə Portuqaliya parlamentinin deputatı Andre Silva çıxış edib.

Eyni hərəkətə yol verən müəssisələrin isə 9 min avro məbləğində cərimə edilməsi təklif olunur.

A.Silva bildirib ki, ölkədə hər dəqiqə yerə 7 minə qədər siqaret kötüyü atılır. Bu, ətraf mühitə çox böyük zərər verir.

O, həmçinin qeyd edib ki, restoran və bar sahibləri daha çox zibilqabı qoydurmalı və yaxın ərazinin təmizliyinə cavabdeh olmalıdırlar.

Deputatın təklifləri parlamentdə bəyənilib, hazırda məsələyə xüsusi komitədə baxılır.