Bakıda dönərdən kütləvi zəhərlənmə

20:54 25-06-2019 517

Bakıdakı dönərxanalardan birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Səhiyyə Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti 65 ünvanında yerləşən dönərxanada baş verib. 

Bildirilib ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi təcili tibbi yardım xidmətinə müraciət edib.

Onlardan ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var. 

Zəhərlənən şəxslərdən ikisi 3 saylı Sabunçu Xəstəxanasına, üçü isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Müalicələri davam edir.

Samir İsayev