Keçmiş məhkəmə sədrinin qətlinin istintaqı Baş Prokurorluğa verildi

17:54 13-09-2019 523

Tovuz rayonunda hüquqşünasın qəsdən öldürülməsi ilə bağlı cinayət işi üzrə istintaq Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib.

HerGun.Az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri aparılır. 

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb. 

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də səhət saatlarında iş adamı - restoran və hotellər şəbəkəsinin sahibi Əli Şamıyev məşhur vəkil Firudin Ələkbərliyə “Makarov” tipli tapançadan üç dəfə atəş açıb. Zərərçəkən xəstəxanada həyatını itirib.

Məlumata görə, F.Ələkbərli pullu hüquqi xidmət göstərib və 1990-cı illərin əvvəllərində Tovuz rayon məhkəməsinin sədri kimi çalışıb. 

Ramella İbrahimxəlilova