Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi

21:54 25-06-2019 706

2024-cü ildə Parsidə keçiriləcək Olimpiya Oyunlarında breyk-dans idman növü kimi proqrama daxil ediləcək. 

Beynəlxalq Olimpiya Komitəsinin 134-cü sessiyasında breyk-dansın idman növü kimi Olimpiya Oyunları proqramına daxil edilməsi, serfinq, dağadırmanma və skeytbordinqin proqramda saxlanılmasına dair qərar qəbul edilib.

Breyk-dans ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə keçirilən yeniyetmələrin yay Olimpiya Oyunlarında Olimpiya idman növü kimi təqdim edilmişdi.

Breyk-dansda 16 kişi və 16 qadın idmançı medallar uğrunda mübarizə aparacaq.

Dağadırmanma, skeytbordinq və serfinq idman növləri üzrə ilk Olimpiya mübarizəsi gələn il Tokioda başlayacaq.

Parisdə isə Olimpiya Oyunları 2024-cü ildə, iyulun 24-dən, avqustun 11-nə qədər olan müddətdə keçiriləcək. Bu idman növlərinin əlavə edilməsi ilə Olimpiya proqramına daxil edilmiş  idman oyunlarının sayı 33-ə çatır.