Kür çayından 25 yaşlı qadının meyiti tapıldı

22:27 25-06-2019 494

Şirvanda qadın meyiti tapılıb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, Kür çayının Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində, sahildə qadın meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı ölən qadının Şirvan şəhər sakini,1994-cü il təvəllüdlü Bayramova Fidan Məmmədağa qızı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.