Ağcabədidə motosikletlə avtomobil toqquşdu: bir ölü, bir yaralı

00:00 16-09-2019 412

Ağcabədi rayonunda motosiklet minik avtomobili ilə toqquşub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, baş verən qəzada bir nəfər ölüb və bir nəfər isə xəsarət alıb.

Rayonun  Xocavənd kəndi ərazisində baş verən hadisədə motosikletin sürücüsü hadisə yerində ölüb.

Qəza zamanı minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır