“Yuventus” Buffonu qaytarır, İquainlə isə yollarını ayırır

06:36 26-06-2019 886

Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda “Yuventus”a keçəcək.
 
“Sovetski sport” xəbər verir ki, tərəflər artıq razılığa gəliblər.
 
Buffon “Yuventus”da ikinci qapıçı Matias Perinanı əvəz edəcək. Beləliklə o, əsas qapiçi Voytsax Şesnının dublyoru olacaq. 
 
Buffon 2001-2018-ci illərdə “Yuventus”un şərəfini qoruyub və klubla birlikdə 20 kubokun sahibinə çevrilib. 
 
Bu arada, “Yuventus” yay ərzində hücumçu Qonsalo İquainlə yollarını ayırmaq niyyətindədir. Turin klubu onun əvəzinə “İnter”in forvardı Mauro İkardini almaq istəyir.