İcra Hakimiyyəti başçısına qadın müavin təyin olundu

01:45 16-09-2019 438

Beyləqan Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyevanın yerinə Yeganə Məmmədova təyin edilib.

Qeyd edək ki, A. Mirzəyeva bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.