“Ford”la “Hyundai” toqquşdu: xəsarət alan var

02:00 16-09-2019 773

Bərdə rayonunda yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan sərnişin Səbinə Mahmudova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır