Ingiltərə çempionu Premyer-liqanın təzə komandasına uduzdu - VİDEO

07:45 16-09-2019 920

Ingiltərə Premyer-liqasının 5-ci turunda çempion “Mançester Siti” gözlənilmədən “Norviç”ə məğlub olub.

HerGun.Az xəbər verir ki, Noricdə keçirilən qarşılaşmada ev sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

“Norviç”in heyətində qolları Kenni Maklin, Todd Kantvell və Teemu Pukki vurublar. “Mançester Siti”nin heyətində isə Serxio Aquero və Rodriqo fərqləniblər.

Beləliklə, Mançester klubu birinci yerdə gedən “Liverpul”dan artıq 5 xal geridədir, “Norviç” isə turnir cədvəlinin son sıralarını tərk edib.