“Sabah”ın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

09:36 16-09-2019 646

“Sabah” Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib. 

Bununla bağlı klubun rəsmi saytında məlumat yerləşdirilib. 

Əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək: 

“Qərar klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən “Sabah”ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.

Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubumuzun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq”.