Makqreqor oktaqona qayıdacağı məkan və tarixə işarə vurdu

12:18 16-09-2019 696

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor “Twitter” hesabında növbəti döyüşünün tarixi və məkanını açıqlayıb.

HerGun.Az xəbər verir ki, o, dekabrın 14-də vətəni İrlandiyanın paytaxtı Dublində oktaqona qayıdacağına işarə vurub.

Qeyd edək ki, Konor Makqreqor ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra çıxış etməyib. O, Dastin Puaryeyə qalib gələrək çempionluq titulunu qoruyan Həbibi Moskvada döyüşə çağırıb.

Ancaq Nurməhəmmədovun amerikalı Toni Ferqyusonla görüşü daha inandırıcı görünür. Makqreqorun isə növbəti döyüşünün Castin Qetci ilə olacağı gözlənilir.

Səbuhi Musayev