Qeyri-neft-qaz məhsullarının ixracı 17 faiz artıb

15:18 16-09-2019 714

2019-cu ilin yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2018-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz artaraq 1,133 milyard dollar təşkil edib.

Oxu.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmçinin 2019-cu ilin yanvar-avqust aylarında, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz artıb. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,7 faiz artıb.

Sevinc Yasinqızı