“Mercedes” VAZ-la toqquşdu, nənə və nəvə yaralandı

02:00 17-09-2019 712

Qaxda daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında Qax şəhəri ərazisində baş verən qəzada 2 nəfər xəsarət alıb.

Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. “Mercedes” və VAZ markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan 51 yaşlı Bəsti Osmanova və onun 9 yaşlı nəvəsi Nurlan Osmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Fakt araşdırılır.