Praqa sakini özünü marşal Konevin heykəlinə zəncirlədi – VİDEO

04:00 17-09-2019 759

Çexiyanın paytaxtı Praqa şəhərində naməlum şəxs özünü zəncirlə marşal Konevin heykəlinə bağladı.

RİA Novosti” xəbər verir ki, bununla kişi Praqa-6 rayonunun heykəlin yığışdırılması haqda qərarına etiraz bildirib.

Onun sözlərinə görə, babası II Dünya müharibəsində iştirak edib və heykəl ətrafında qal-maqal ona bibaşa təsir göstərir.

Praqa sakini özü ilə su və plastik stəkan gətirib. O bildirir ki, evə gecə ilə qayıdacaq çünki səhər işə getməlidir.

Daha əvvəl Praqa-6 rayonunun şurası ərazilərində yerləşən Konev heykəlini yığışdııb muzeyə yerləşdirilməsi haqda qərar qəbul edib.