Putin Ankarada Qurandan sitat gətirdi - VİDEO

07:45 17-09-2019 1076

Rusiya prezidenti Vladimir Putin Ankarada müqəddəs kitab Qurandan sitat gətirib.

Bu Rusiya-İran-Türkiyə üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

“Allahın mərhəmətini yada salın. Siz nə vaxtsa düşmən olmusuz. Allah ürəklərinizi barışdırıb sizi qardaş etdi”, - Putin müqəddəs kitabdan bu sitatı dilə gətirib.

Rusiya lideri Ankarada keçiirilən görüşü müsbət qiymətləndirib.

Üç ölkə arasında növbəti sammit Tehranda keçiriləcək.