“Burada verilən yeməklər anamın yeməkləri kimidir” - REPORTAJ

12:09 26-06-2019 1372

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür.

1918-ci ildə qurulan, bu gün 101 yaşını qeyd edən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib.

Baku TV olaraq bu günü bu bayramın əsas qəhrəmanları olan, hər an əldə silahla Vətənin keşiyində duran, döyüş əmri gözləyən Azərbaycan əsgərləri ilə keçirməyə qərar verdik. Buna görə də Müdafiə Nazirliyinin N saylı hərbi hissələrindən birinə yollandıq.

Hərbi hissədə çəkilişimizə ilk olaraq əsgər yataqxanasından start verdik. 

Saat 12:30-dur. Əsgərlər nahar yeməyindən əvvəl asudə vaxtlarını keçirirlər. Kimisi məktub yazır, kimisi əsgər yoldaşı ilə söhbətləşir, kimisi də sevdiklərini görmək üçün xidmətinin son günlərini sayır.

Saat 13:00. Şəxsi heyət nahar fasiləsinə yollanır. Biz də onlarla birlikdə yeməkxanaya gedirik.

Hərbi hissədən reportajı təqdim edirik:

Sail Ağasəlim, Valeh Arifoğlu