Təzyiq xəstəsi olan yaşlı kişi eyvandan yıxılıb öldü

12:18 17-09-2019 738

Bakıda 65 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirib.

HerGun.Az xəbər verir ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanında baş verib. 

20 mərtəbəli binanın 12-ci mərtəbəsində yaşayan 1954-cü il təvəllüdlü Rasim Yunusov evin eyvanından yıxılaraq ölüb. 

Araşdırma zamanı məlum olub ki, o, təzyiq problemindən əziyyət çəkib. Təzyiq səbəbindən o müvazinətini itirərək yxılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Könül Cəfərli