Qəzəbli kişi finalçı gözəli eybəcər hala saldı

02:00 18-09-2019 647

Britaniyanın Saut-Şilds bölgəsində qəzəbli kişi yerli gözəllik yarışmasının 27 yaşlı finalçısı Emma Klarka hücum edərək burnunu sındırıb. 

Hadisə qızın anası və xalası ilə birlikdə qatardan düşməsindən sonra baş verib.

Bir kişi Emmaya yaxınlaşaraq suallar verməyə başlayıb. Qızın sözlərinə görə, o, çox əsəbi olub. 

Qəfildən kişi Emmanı yerə yıxaraq burnuna vurmağa başlayıb. Qız ancaq qışqırıq eşitdiyini və üzünün qan içində oıduğunu hiss edib. 

Hər şey o qədər sürətlə baş verib ki, anası təcavüzkarı uzaqlaşdırana və xalası polisə zəng edənə kimi qız artıq xəsarət alıb.

Metro”nun məlumatına görə, hücumda şübhəli bilinən 55 yaşlı kişi artıq həbs olunub.

Emma ciddi xəsarət aldığını və həkimlərin köməyinə ümid etdiyini bildirib. Çünki o, təkcə eybəcər hala düşməyib, həm də burnu ilə nəfəs ala bilmir.