Ronaldu pulları və maşınları haqda danışdı

04:45 18-09-2019 558

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu “The Sun” qəzetinə müsahibəsində maliyyə imkanları və şəxsi maşınları haqqında danışıb.

“Mənim maliyyə durumum yarım milyard dollara çatır mı? Düşünürəm ki elədi. 100% əminliklə dəqiq məbləği deyə bilmərəm, amma mənim bank hesabımda yaxşı pullar var”, - deyə Ronaldu bildirib.

Onun sözlərinə görə, maşınlarının sayı 17-yə çatıb:    

“Sürməyi ən çox xoşladığım “Rolls Roys”dur. Hərəsindən iki dənə “Bugatti”, “Ferrari” və “McLaren”ım da var”.

34 yaşlı portuqaliyalının “Yuventus”da maaşı ildə 31 milyon avro (59 milyon manat) təşkil edir.