Nazir müavini: Kənd təsərrüfatı məhsulları 13 faiz artıb

10:36 18-09-2019 969

Bu ilin altı ayı ərzində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları 13 faiz artıb. Bu, rekord göstəricidir. 

HerGun.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan-Tacikistan Aqrobiznes Forumunda çıxışı zamanı Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, kənd təsərrüfat məhsullarının artırılması üçün işlər görülməlidir:

“Biz çalışırıq ki, ölkədə kənd təsərrüfatı məhsullarının artımı olsun”.

İ.Quluyev bildirib ki, Azərbaycan Tacikistan arasında idxal-ixrac əməliyyatlardan da danışıb:

“İki ölkə arasında danışıqlar aparılır. Sənədlərinin  imzalanması gözlənir”.

İlhamə Əbülfət