UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi - VİDEO

12:00 18-09-2019 447

İspaniyanın “Sevilya” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün artıq Bakıdadır.

HerGun.Az xəbər verir ki, Avroliqanın ən çox qalibi olmuş klub dünən Bakı vaxtı ilə saat 15:00-da San Pablo adına hava limanından səfərə çıxıb.

Komanda altı saatlıq səfərin sonunda saat 21:00-da Bakıda olub. Bakıya 24 futbolçu və məşqçi heyətindən başqa, “Sevilya”nın prezidenti Xose Kastro, vitse-prezidenti Qabriel Ramos və digər klub rəsmiləri gəlib.