“Qalatasaray”dan səfər xalı, “Tottenhem” qələbəni əldən verdi - VİDEO

23:27 18-09-2019 504

Çempionlar Liqasında qrup mərhələsinin I turunda ikinci oyun günündə iki qarşılaşma keçirilib.

HerGun.Az xəbər verir ki, Belçikada “Qalatasaray” “Brügge”yə qonaq olub, Yunanıstanda isə “Tottenhem” “Olimpiakos”la üz-üzə gəlib.

A qrupunun Belçikada baş tutan görüşündə azarkeşlər qol izləməyiblər. İstanbullular turnirə səfərdə qazanılan bir xalla start veriblər.

“Olimpiakos” - “Tottenhem” matçında isə hesab 2:2 olub.

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

18 sentyabr

A qrupu 

20:55. “Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə) – 0:0

B qrupu

20:55. “Olimpiakos” (Yunanıstan) – “Tottenhem” (İngiltərə) – 2:2

Qollar: Podense, 44, Valbuena, 54 (pen.) - Keyn, 26 (pen.), Moura, 31