Avtomobili qaçıran şəxs qəza törətdi, 2 nəfər yaralandı - FOTO

02:27 19-09-2019 495

Binəqədi rayonu, Sumqayıt şossesində 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Binəqədi yolunda 30 yaşlı Nəcəfov Əlizamin Ələddin oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olan zaman əks yoldan gələn, 40 yaşlı Məhərrəmov Şükür Haqverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı hər iki sürücü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

İdarədən HerGun.Az-a verilən ilkin məlumata görə, Ə.Nəcəfov Kamran adlı şəxsin satmaq məqsədilə dostuna verdiyi avtomobili qaçırıb. O, ərazidə yüksək sürətlə hərəkətdə olan zaman qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu