Sürücülər arasında kütləvi dava bıçaqlanma ilə bitdi

04:36 19-09-2019 616

Nəsimi rayonunda kütləvi dava baş verib.

HerGun.Az xəbər vrir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Bayramov Tural Fərhad oğlu idarə etdiyi “BMW X5” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “Daewoo Centra” markalı avtomobilə yol verməyib.

Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava yaranıb.

Dava zamanı “Daewoo”-nun sürücüsü 17 yaşlı Məmmədov Vəli Saleh oğlu və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və “BMW”-dəki sərnişinlərə hücum edib.

Hadisə zamanı yaralanan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu