“Səbail” braziliyalı futbolçunu transfer etdi

16:18 26-06-2019 774

Bakının “Səbail” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Klubun rəsmi sosial şəbəkə hesabında verilən xəbərə görə, paytaxt təmsilçisi braziliyalı Eriko Konstantino da Silvanı heyətinə qatıb.

Cənubi amerikalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı legionerin son klubu Rumıniya təmsilçisi “Astra” olub.

Qeyd edək ki, müdafiəçi karyerası ərzində Braziliyada “Botofoqo”, “Rio Branko”, “Quaratinqueta”, Rumıniyada “Panduri”, “Universitatya” (Kluj) klublarında da çıxış edib.