Qardaşının sevdiyi qızı başqasına verdilər: altı nəfəri güllələdi

10:54 19-09-2019 1298

Türkiyənin Antalya şəhərində güllələnmə hadisəsi baş verib.

Hurriyet” xəbər verir ki, qəzəbli kişi qardaşının sevdiyi qızı başqasına verdikləri üçün bir ailədən altı nəfəri güllələyib.

Nişan üçün hazırlıq görən ailənin evinə basqın edən şəxs 23 yaşlı Bilem Doğru, nişanlısı 28 yaşlı Mahmut Şaban Afsal və 33 yaşlı İbrahim Doğrunu güllələyərək öldürüb. Ailədən olan digər üç nəfəri yaralayıb. 

O, hadisə yerindən qaçıb. Hazırda onun axtarışları davam edir.

Dursun Tağıyeva