Hacı Əliyevin dünya çempionatında hakimlərlə qalmaqalının görüntüsü - VİDEO

12:18 19-09-2019 550

Güləşçimiz Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında diskvalifikasiya olunub.

HerGun.Az xəbər verir ki, idmançımız rusiyalı ikiqat Avropa çempionu Hacımurad Rəşidovla görüşün son 30 saniyəsində iki xal toplasa da, onun fəndi qarşı tərəfin etirazından sonra silinib.

Nəticədə, dağıstanlı idmançı 4:2 hesabı ilə qalib elan edilib. Hacı Əliyev rəqibin əlinin qaldırılması prosesinə qatılmaqdan imtina edib, daha sonra hakimlərə etiraz edib. O, hakimlərin göstərdiyi ağ və qırmızı tabloları ədalət təmsilçilərinin üzərinə atıb.

Həmin anın görüntülərini təqdim edirik:

Səbuhi Musayev