Xələf Xələfov: Torpaqların qaytarılması məsələsi ilə bağlı müxtəlif fikirlər səslənir - ÖZƏL

12:45 19-09-2019 565

Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının qaytarılması məsələsi daim ciddi müzakirə edilir. 

Bunu HerGun.Az-a Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O deyib ki, bu istiqamətdə çoxsaylı fikirlər səslənir:

“Bildiyiniz kimi, bu istiqamətdə deputatlar, siyasətçilər, konfliktoloqlar da müxtəlif fikirlər səsləndirir. Bunlar bir o qədər də əhəmiyyətli fikirlər deyil. Bu proses əsas olaraq ümumi kontekstdə nəzərə alınan məsələdir. Danışıqlar isə, əsasən, Minsk qrupu çərçivəsində müzakirə edilir. Müzakirələr davam edir, yekun nəticələr proseslərin gedişatında bəlli olacaq”.

Qeyd edək ki, almaniyalı deputat ilkin mərhələdə Ermənistanın beş rayonu qaytarmalı olduğu barədə açıqlama verib. 

Könül Cəfərli