Daha bir güləşçimiz rusiyalı ilə görüşdən sonra diskvalifikasiya ilə hədələndi - VİDEO

13:18 19-09-2019 770

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

HerGun.Az xəbər verir ki, II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov (-57 kq) təsnifat mərhələsində çətinliklə də olsa, qırğız güləşçiyə qalib gəlib. 

O, 1/16 finalda rusiyalı Zaur Uquyevə uduzub. Görüşdə 3:0 hesabı ilə üstün olan Əmiraslanov qələbəni əldən verərək 3:4 hesabı ilə uduzub. Məğlub olan idmançımız əvvəlcə milliyyətcə kumık olan idmançı ilə kiçik mübahisə edib.

O, həmkarı Hacı Əliyev kimi qalibin əl qaldırma mərasiminə qatılmayıb. Qadın referi baş hakimə “problem yoxdur, diskvalifikasiya edərik” deyib.

Qeyd edək ki, Mahir Əmiraslanov Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının yarımfinalında ötən ilin dünya çempionu olmuş Zaur Uquyevi 3:2 hesabı ilə məğlub etmişdi.

Səbuhi Musayev