Qadınlar toyda yemək üstündə saçyolduya çıxdı - VİDEO

17:54 19-09-2019 732

İndoneziyada toyda iki qadın yemək üstündə dalaşıb.

Bu barədə videoçarx “Daily Mail” tərəfindən yayılıb.

Kadrlardan da görünür ki, iki qadın yeməklərin düzüldüyü masanın yanında münasibətlərinə aydınlıq gətirirlər. Qırmızı geyimli qadın qarşısında duran yaşıl geyimli qadını qabına həddən artıq ət yeməyi yığmaqda ittiham edir.

“Sən həyasız və səliqəsizsən. Bütün kəndi yedizdirəcəksən?”, - deyə qırmızı paltarlı qadın soruşub.

Buna cavab olaraq isə yaşıl paltarlı qadın “istədiyim hər şeyi edə bilərəm. Sən isə öz növbəni gözlə” cavabını verib.

Bundan sonra qadınlar bir-birini itələməyə başlayıblar. Qonaqlardan biri onları ayırmağa çalışıb. Amma yaşıl paltarlı qadın ona zərbə endirərək, qırmızı paltarlı qadına hücum edib.