Xulen Lopeteqi: “Qarabağ” kimi komandanı məğlub etmək sevindiricidir

23:18 19-09-2019 435

Rəqib öz meydanında oynadığından, əvvəldə bizə çətin idi. Amma sonra ilk qolu vurduqdan sonra işimiz daha rahat oldu.

HerGun.Az xəbər verir ki, bunu "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi deyib.

O, Bakıda keçirilən mətbuat konfransında "Qarabağ"a 3:0 qalib gəldikləri görüş barədə danışıb:

"Gözlədiyim "Qarabağ"ı meydanda gördüm. Hesaba baxmayaraq, rəqibimiz yaxşı komandadır. Belə komandanı məğlub etmək həqiqətən sevindiricidir.

"Qarabağ"ın APOEL-lə oyununu izləmişdim. Həmin komandanı yenə bilərdiniz. Çünki yaxşı real qol vəziyyətləriniz vardı".

Səbuhi MUSAYEV