Melanya Tramp Vaşinqton Abidəsinin açılışında - VİDEO

07:00 20-09-2019 1136

ABŞ-ın rəmzlərindən olan Vaşinqton Abidəsi yenidən açılıb.

HerGun.Az xəbər verir ki, abidənin açılışında ABŞ-ın birinci xanımı Melanya Tramp iştirak edib.

O, liftlə məktəb şagirdləri ilə birlikdə abidənin yuxarı mərtəbəsinə qalxıb.  

Qeyd edək ki, Vaşinqton Abidəsi təmir və təhlükəsizlik sisteminin yenilənməsi ilə bağlı olaraq 2016-cı ildən etibarən ictimaiyyətə qapalı idi. Sentyabrın 19-dan etibarən yerli və xarici turistlər abidəni ziyarət edə biləcək.

Vaşinqton Abidəsi indiyə qədər ABŞ pataxtının ən hündür tikilisidir.