Tramp Sukerberqlə İnternetin tənzimlənməsini müzakirə etdi

08:09 20-09-2019 466

ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin rəhbəri Mark Sukerberqlə görüşüb.

Axios” xəbər verir ki, görüş Ağ Evin Oval kabinetində keçirilib.

“Mark Vaşinqtonda siyasətçilərlə görüşür, onlarla İnternetin tənzimləməsini müzakirə edir. Bu gün onun prezident Trampla Ağ Evdə maraqlı görüşü keçib”, - “Facebook”un mətbuat xidmətinin nümayəndəsi bunu deyib.

Sukerberqın bu gün Konqresdə də qapalı görüşlər keçirəcəyi bildirilir.