Hacı Əliyev qalib gəldi - Əmiraslanovdan üzücü çıxış

09:45 20-09-2019 785

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

HerGun.Az xəbər verir ki, misirli Amr Reda Ramadan Husseniyə qarşı görüşdə H.Əliyev uğur qazanıb. 

Belə ki, döyüşə fəal başlayan idmançımız 4:0 hesabı ilə irəlidə olan zaman Husseni zədələnib və hakimlər görüşü yarımçıq dayandırıb. 

Digər güləşçilərimizdən 70 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev ilk görüşündə türkiyəli Haydar Yavuzdan üstün olub - 7:6.

Mahir Əmiraslanov isə təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub.