Azərbaycanlının Rusiyadan çıxışına qadağa qoyuldu

12:18 20-09-2019 408

Azərbaycan vətəndaşının Rusiyanın Krasnoyarsk vilayətindən vətənə dönməsinə icazə verilməyib. 

HerGun.Az xəbər verir ki, buna səbəb azərbaycanlının Rusiyada olduğu müddətcə yarandığı borcu olub. 

Məhkəmə icraçılarının mətbuat xidmətindən verilən məlumata görə, sözügedən şəxsə qarşı 90 min rubldan çox (təxminən 2400 AZN - red.) borcu yaranıb. 

Moskva hava limanında sərhəd nəzarəti zamanı Rusiya Sərhəd Xidmətinin əməkdaşları vətəndaşa onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Bundan sonra borclu bu müddət ərzində yaşadığı Krasnoyarskın Kozulkasına bölgəsinə qayıdıb və bütün borcunu ödəyib.