İlham Əliyev Elmin İnkişafı Fonduna icraçı direktor təyin etdi

17:45 20-09-2019 717

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.