Gül almaq üçün dayandı, qəzaya səbəb oldu - FOTO

18:36 20-09-2019 1526

Bakı - Qazax avtomobil yolununun Gəncə şəhərinə giriş hissəsində yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə zamanı Samux rayon sakini 1979-cu il təvəllüdlü Kamaləddin Xəlilovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə İmişili rayon sakini 1989-cu il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

İlkin məlumatlara görə hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan sərnişin, 30 yaşlı Məmmədova Toma Sədrəddin qızı müxtəlif bədən xəsarətləri alıb.

Qadın 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəyə səbəb kimi “Mercedes” markalı avtomobildə olan şəxslərin yol kənarında satılan obyektdən gül almaq istəməsi olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi araşdırma aparır.